"Barselona" futbolçusu Lionel Messinin qiymətini müəyyənləşdirib.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunu təzminat qiyməti olan 700 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır. Bildirilir ki, hər hansı klub bu məbləği ödəyəcəyi təqdirdə, La Liqa təmsilçisi Messi ilə yolları ayıra bilər.
Klub 33 yaşlı futbolçunun komandanı hələ də əsas oyunçusu hesab etdiyi üçün ona yüksək qiymət qoyub. "Barselona"nın prezidenti Xosep Bartomeunun Messinin satılmayacağından əmin olduğu vurğulanıb. Kataloniya klubu rəhbərinin eyni zamanda reklam müqavilələrinə görə argentinalı oyunçunun satılmasına qarşıdır. Çünki o, klubdan ayrılacağı təqdirdə, reklam müqavilələri də azala bilər.
Qeyd edək ki, Messi 2019/2020 mövsümündə 44 matçda 31 qol vurub, 26 qolun ötürməsini verib.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı məğlubiyyətdən sonra Messinin "Barselona"dan ayrılmaq istədiyi xəbərləri yayılıb.
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu