Neymar "Bavariya"nın əvəzinə "Bayer"i təbrik etdi - Şəkil

Neymar "Bavariya"nın əvəzinə "Bayer"i təbrik etdi -  Şəkil
DÜNYA FUTBOLU 24 Avqust 2020 / 12:21 6288
-  A +

PSJ-nin hücumçusu Neymar dünən Çempionlar Liqasının finalından sonra sosial şəbəkədə "Bavariya"nın əvəzinə səhvən Almaniyanın digər klubu "Bayer"i təbrik edib.

Qol.az xəbər verir ki, braziliyalı futbolçu “Tvitter”də yazıb: “Məğlubiyyət idmanın bir hissəsidir. Biz hər şeyi etməyə çalışdıq və sona qədər vuruşduq. Sevgi və dəstəyinizə görə hər birinizə təşəkkürlər.  Təbriklər “Bayer”.

Leverkuzenlilərin buna cavab isə belə olub: "Təbrikə görə təşəkkür. Amma bizi niyə təbrik edirsən?" Axı biz məzuniyyətdəyik və FİFA oynayırıq".

Xatırladaq ki, "Bavariya" həlledici görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.


Son xəbərlər