"Şerif"in baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Fola Eş" üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bildirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komandasını qələbə münasibətilə təbrik edən xorvat mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları "Qarabağ" haqda da danışıb: "Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bilirəm ki, çətin idi. Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq. 1-ci turda qalib gəlməyim mənim üçün vacib idi və ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq".
O, Ağdam klubunun "Foul Eş"dən daha güclü olduğunu söyləyib: "Ümid edirəm ki, ötən mövsüm olduğu kimi səfərdə də daha yaxşı oynayacağıq. İlk oyunu təhlil etməli və növbəti oyuna hazırlaşmalıyıq. Bakıda bizi güclü rəqib gözləyir. Cütün taleyi 1 matçda həll olunacaq. "Qarabağ"la görüşdən əvvəl çox az vaxtımız var. Belə bir rəqibə qarşı ciddi oyun nümayiş etdirməliyik".
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da start götürəcək.
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video
Alleqri zədəli futbolçuların durumunu açıqlayıb
“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”
Rəşad Sadıqov: “Belə də davam etməliyik”
"Neftçi" - "Kəpəz": Heyətlər
"Barselona"nın gözü "Arsenal"ın kapitanında
Patrik Vieyra istefaya göndərildi