"Ən vacib olan odur ki, Azərbaycana böyük futbol qayıdır. Hesab edirəm ki, ölkədə stabil vəziyyət yaranır və demək olar ki, xəstəliklə mübarizədə qalib gəlirik. "Qarabağ"ın bu günkü matçında azarkeşlər iştirak edə bilməyəcək və rəsmi şəxslər də az olacaq. Buna baxmayaraq inanıram ki, təmsilçimiz inamlı oyun sərgiləyəcək və qələbə qazanacaq".
Bu fikirləri AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i matçı barədə danışarkən deyib.
Assosiasiya rəsmisi bildirib ki, Ağdam təmsilçisinin qələbəsi Avropa Liqasında iştirak edən komandalara da motivasiya verəcək. Sadıqov hər kəsin futbol üçün darıxdığını söyləyib: "Ümid edirəm ki, avrokubokda iştirak edən komandalar uğurlu nəticələrlə bizi sevindirəcək".
Vitse-prezident deyib ki, "Qarabağ"ın sonuncu rəsmi matçına mart ayında çıxması komandaya çətinlik yaratmayacaq: "Uzağa getmək lazım deyil. Fransa çempionatı bütün liqalardan əvvəl dayandırıldı. Bu gün görürük ki, son aylarda oyun təcrübəsi olmayan PSJ və "Lion" Çempionlar Liqasının yarımfinalında ölkəni təmsil edir. Hesab edirəm ki, bu amil bizim çempionumuza və ümumiyyətlə Azərbaycan klublarına təsir etməyəcək. Onlar ilk matçlarda uğurlu nəticələrlə hər birimizi sevindirəcək".
Sabiq mütəxəssis "Qarabağ"ın yeni transferləri haqqında da danışıb: "Həmişə demişəm ki, bu komanda lazım olan transferləri gerçəkləşdirir və bu məsələyə çox ciddi yanaşır. Ölkə çempionunun Qəbələdəki təlim-məşq toplanışında "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdiyi yoxlama oyununu izləmişəm. Deyə bilərəm ki, yeni transferlər Ağdam təmsilçinə güc qatacaqlar. Kevin Medina ilə Uroş Matiç səviyyəli transferlərdir, Donald Gerye isə bu komandada çıxış edib və yeni futbolçu deyil. Millimizin qapıçısı Emil Balayevi də yaxşı tanıyırıq. "Qarabağ" tək hansısa oyunçularla yox, komanda şəklində güclü olduğunu göstərəcək".
Sadıqov avrokuboklarda zəif rəqibin olmadığını və matçlarda hər nəticənin ola biləcəyini sözlərinə əlavə edib: "Şanslar oyuna qədər bərabər olur. Matçda isə futbolçular şansı öz xeyirlərinə dəyişir. Arzu edirəm ki, "Qarabağ"ın futbolçuları ilk dəqiqələrdən güclü olduqlarını sübut etsinlər. Mübarizəyə qoşulub müsbət nəticə əldə edəcəyimizə inanıram. Mənim üçün əsas olan odur ki, komanda ilk mərhələni adlasın və psixoloji cəhətdən II mərhələyə hazır olsun. İnanıram ki, biz bu qələbənin şahidi olacağıq və "Qarabağ" tək bu mərhələni yox növbəti mərhələləri də inamla keçəcək, həmişə olduğu kimi futbol ictimaiyyətini sevindirəcək. "Qarabağ" hər bir Azərbaycan komandası üçün örnəkdir".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq (Report).
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video
"Bavariya"da 756-cı - sonuncu oyun
Ayağı qırılan Musiala neçə ay oynamayacaq?
"Araz-Naxçıvan"ın rəqibi "Anderlext"lə qarşılaşdı
PSJ "Bavariya"ya belə qalib gəldi - Video
“Qalatasaray”a transferi gərçəkləşmək üzrədir
PSJ və "Real" yarımfinalda
Azərbaycan güləşçisi Avropa çempionu oldu
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı