Abidal “Barselona”dan göndərilir?

Abidal “Barselona”dan göndərilir?
XƏBƏR 16 Avqust 2020 / 12:17 3686
-  A +

"Barselona”nın idman direktoru Erik Abidalın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.
 
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi avqustun 17-də keçiriləcək iclasda 40 yaşlı mütəxəssislə bağlı qərar verəcək.

Toplantıda E.Abidal mövsüm haqda rəhbərliyə ətraflı hesabat təqdim etməlidir. 

Xəbərdə o da qeyd olunub ki, E.Abidalın fəaliyyəti ilə bağlı uzun müddətdir mübahisələr gedir. Komandanın yeni transferlərinin uğurlu olmaması rəhbərlikdə fransalı idman direktoru ilə bağlı şübhələr yaradıb. 
Xatırladaq ki, E.Abidal  2018-ci ildən “Barselona”da idman direktoru vəzifəsində işləyir. O, 2007-2013-cü illərdə futbolçu kimi bu komandada çıxış edib.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh