Bekhem Suaresi istəyir

Bekhem Suaresi istəyir
XƏBƏR 29 İyul 2020 / 22:45 2790
-  A +

İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin sahib olduğu "İnter Mayami" "Barselona"nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, MLS təmsilçisi 33 yaşlı hücumçuya müqavilə təklif edib. Ancaq Suaresin komandasından ayrılmaq istəmədiyi bildirilir. Qeyd olunub ki, uruqvaylı oyunçunun Kataloniya klubu ilə 2021-ci ilin yayında başa çatacaq müqaviləsini daha 1 il uzadacağı gözlənilir. 

Qeyd edək ki, Luis Suares cari mövsümdə 28 matça çıxaraq 16 qol vurub və 8 qolun ötürməsini verib.

Son xəbərlər