Qvardiolanın transfer planları

Qvardiolanın transfer planları
XƏBƏR 25 İyul 2020 / 12:21 3957
-  A +

"Mançester Siti"nin yay transfer pəncərəsi üçün planları məlum olub.
Qol.az "Diario Sport"a istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiolaya komandanı yenidən qurmaq və gücləndirmək üçün 300 milyon funt-sterliq ayırmağı düşünür.

"Şəhərlilər"in əsas hədəfi mərkəz müdafiəçiləri almaqdır. Bu mövqeyə namizədlər arasında "Napoli"dən Kaludi Kulibali, "Sevilya"dan Dieqo Karlos və "İnter"dən Milan Şkrinyar, "Bavariya"dan David Alaba və "Bornmut"dan Natan Ake var.

Bundan əlavə Premyer Liqa klubu "Bavariya"ya transfer olunan Leroy Sanenin əvəzinə "Valensiya"dan Ferran Torresi almaq, eləcə də heyətinə  hücumameyilli yarımmüdafiəçi və hücumçu da qatmaq niyyətindədir. "Mançester Siti" "Bayern"dən Kay Havartzla maraqlansa  da, futbolçunun "Çelsi"yə keçməyə yaxın olduğu bildirilir.

Con Stons və Nikolas Otomendinin komandadakı gələcəyi isə sual altındadır.

Daha çox


Son xəbərlər