"Liverpul"un müdafiəçisi üçün mövsüm başa çatdı

"Liverpul"un müdafiəçisi üçün mövsüm başa çatdı
XƏBƏR 30 İyun 2020 / 14:58 2026
-  A +

"Liverpul"un futbolçusu Joel Matip zədə səbəbindən İngiltərə Premyer Liqasının qalan 7 oyununu buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Ölkə çempionayının 30-cu turunda "Everton"la matçda (0:0) zədələnən 28 yaşlı müdafiəçinin mövsümün qalan hissəsini buraxacağı bildirilib.

Qeyd edək ki, "Liverpul" ölkə çempionluğunu rəsmiləşdirib.

Xatırladaq ki, Matip bu mövsüm Premyer Liqada 9 matçda 1 qol vurub.


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir