Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə “Qəbələ”nin 9 futbolçusu rəqib qapısına qol vurub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın ən yaxşı bombardiri qış fasiləsində komandadan ayrılan Davit Volkov olub. O, çempionatda 5 qol vurub. İki oyunçumuz – Nikolas Raysel və Rövlan Muradov isə hərəyə 4 dəfə fərqlənib.
Volkov ilk dəfə “Qəbələ”nin mövsüm üçün ən məhsuldar oyunçusu olub. Ümumiyyətlə, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “qırmızı-qaralar”ın heyətində hər mövsüm fərqli futbolçu bombardir olub. İki mövsümdə bunu birdən artıq futbolçu bacarıb. 2011/12 və 2012/13 mövsümlərində komandanın iki oyunçusu eyni sayda qol vurub. Ümumilikdə, 16 futbolçu mövsümün bombardiri adına yiyələnib.
“Qəbələ”nin Premyer Liqada mövsümlər üzrə bombardirləri
2006/07. Vüsal Qarayev – 4
2007/08. Vitali Balamestnı - 8
2008/09. Farzad Hatəmi - 8
2009/10. Tomaş Stolpa - 7
2010/11. Deon Barton - 9
2011/12. Yannik Kamanan, Dodo - 9
2012/13. Lurival Rodriges, Viktor Mendi - 6
2013/14. Daniel Subotiç- 12
2014/15. Cavid Hüseynov - 11
2015/16. Aleksey Qay - 10
2016/17. Filip Ozobiç - 11
2017/18. Baqali Dabo - 13
2018/19. Ceyms Adeniyi - 10
2019/20. Davit Volkov - 5
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq