AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılıb.
Qol.az xəbər verir ki, mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Qərarın lehinə İK-nin 13 üzvündən 12-si lehinə, 1-i əleyhinə səs verib.
Beləliklə, bu qərara əsasən, hazırkı turnir cədvəlinə uyğun olaraq lider “Qarabağ” Azərbaycan çempionu olub. “Neftçi” gümüş, “Keşlə” bürünc medalı qazanıb.
2020/21 mövsümündə “Qarabağ” Azərbaycanı Çempionlar Liqası, “Neftçi”, “Keşlə” və kubokun qalibi olmadığından dördüncü yerin sahibi “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.
Qərara əsasən, 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməyəcək.
De Brüynedən qol, "Napoli"dən qələbə
5 qol vuruldu, "Karvan" qalib gəldi - Video
"Azarkeşlərin narazılığa haqları var" - Adil Şükürov
"Sevinirəm ki, bu komandanın baş məşqçisiyəm" - Azər Həşimov
"Karvan" "Kəpəz"ə qalib gəldi
"Arsenal" yeni transferini açıqladı
"Zirə"nin futbolçusu əməliyyat olundu
“Qarabağ” - “Ferensvaroş” matçına böyük maraq
"Əl-İttihad" "Portu"nun yetirməsi üçün təklif göndərdi
"Kəpəz" - "Karvan": Heyətlər
Alonso Vinisius haqda bunları dedi
"Napoli" axtardığını "Mançester Yunayted"də tapdı
"Fənərbaxça" müdafiəçi transfer etdi
Uolker: "Pulsuz da futbol oynayardım"
Levandovski qayıtdı
"Arsenal" qapıçısını bu kluba göndərdi
“Qarabağ”dan atmacalı müraciət - Video
Harri Keyn hamını qabaqlayır
“Qol vurmuşuqsa, niyə sevinməyək?!” - Elvindən cavab