Kadıköydə 23 il sonra gələn qələbə

Kadıköydə 23 il sonra gələn qələbə
DÜNYA FUTBOLU 17 İyun 2020 / 14:50 2549
-  A +

Ötən gecə “Fənərbaxça”nı səfərdə məğlub edərək (3:1) Türkiyə kubokunun finalına çıxan “Trabzonspor” uzun illər davam edən uğursuz seriyaya son qoyub.

Qol.az xəbər verir ki, qaradənizlilər 23 ildən sonra ilk dəfə “Fənərbaxça”nı səfər meydanında uda bilib.

Maraqlıdır ki, 1997-ci il avqustun 23-də Kadıköydə keçirilən görüşdə də “Trabzonspor” rəqibini 3:1 hesabı ilə üstələyib. Trabzon təmsilçisi o vaxtdan indiyə qədər İstanbul klubu ilə keçirdiyi 23 səfər matçının 12-də məğlub olub, 11-də heç-heçə edib.

Son xəbərlər
08.04.25  01:44

"Napoli"dən xal itkisi