Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyasına başladılar

Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyasına başladılar
XƏBƏR 10 İyun 2020 / 17:12 2830
-  A +

Serbiyanın “Borats” klubunun futbolçuları aclıq aksiyasına başlayıblar.

Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, futbolçular məvaciblərini ala bilmədiyi üçün bu addımı atıblar.

“Borats”ın sahibləri külli miqdarda borca görə klubu dağıdıblar. Onlar “Provo”nu alıb və adını dəyişdirib “Borats 1926” qoysalar da, keçmiş futbolçularının pullarını ödəməyiblər.

“Borats”ın 25-ə yaxın futbolçusu gecə şəhərin icra hakimiyyəti binasının önündə etiraz aksiyası keçirib.
“Mançester Yunayted”in serbiyalı futbolçusu Nemanya Matiç də etiraz edən oyunçulara dəstək olub və sosial şəbəkə hesabında “siz tək deyilsiz, mən də yanınızdayam” yazıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq