“Mançester Yunayted”in oyunu ləğv edildi

“Mançester Yunayted”in oyunu ləğv edildi
XƏBƏR 10 İyun 2020 / 10:33 2080
-  A +

“Mançester Yunayted”in dünən “Stok Siti ilə keçirməli olduğu yoxlama oyunu ləğv edilib.

Qol.az xəbər verir ki, buna Çempionşip təmsilçisinin baş məşqçisi Maykl O'Nildə koronavirus aşkarlanması səbəb olub.

“Mançester Yunayted”in bazasında keçirilməsi nəzərdə tutulan matça bir neçə dəqiqə qalmış komandalar məsələdən agah olublar. Bu zaman artıq isinmə hərəkətlərinə başlayan futbolçular dərhal meydanı tərk ediblər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa ediləcəyi palnlaşdırılır.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh