"Qarabağ"ın sabiq futbolçusu, hazırda Polşanın "Visla" klubunda çıxış edən Yakub Jeznikçak ölkənin “Pilkanozna.pl” portalına müsahibə verib.
Qol.az xəbər verir ki, o, müsahibə zamanı Azərbaycanda keçirdiyi oyunları da xatırladıb. 33 yaşlı müdafiəçi Polşa çempionatının matçları zamanı stadionun 25 faizinə azarkeşlərin buraxılmasına münasibət bildirərkən deyib: “Həm “Legiya”, həm də “Qarabağ”da azarkeşlərsiz oynadığımız matçlar olub. Azərbaycanda görüşlər olub ki, tribunlarda bir ovuc azarkeş görünürdü, buna görə də öyrəşdim. Ancaq bir çox oyunçu üçün bu, yeni olacaq. Başqa bir şey odur ki, bəzi stadionlara az azarkeş gəlirdi, buna görə də çox fərq olmayacaq”.
Jezniçak “Legiya” ilə 5, “Qarabağ”da 2 dəfə ölkə çempionluğu yaşaması ilə bağlı isə bunları deyib: “Belə bir söz var: İstedaddan daha çox nəticə. Deyə bilərəm ki, göstərilən istedaddan daha çox kubok qazandım. Əldə etdiyim şeylərdən çox məmnunam. Həyat mənə çox şey verdi, buna görə minnətdaram. Çox işləmək və bir az şans istedaddan daha vacibdir".
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq