Erkən başa vurulan Liqa 1 bərpa oluna bilər – UEFA-dan razılıq

Erkən başa vurulan Liqa 1 bərpa oluna bilər – UEFA-dan razılıq
DÜNYA FUTBOLU 7 İyun 2020 / 15:29 2979
-  A +

UEFA koronavirus pandemiyasına görə erkən başa vurulmuş Fransa liqasının yenidən bərpa olunmasına icazə verib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, bununla bağlı qurumun prezidenti Aleksander Çeferinin adından yayılan açıqlamada bildirilib.

Qeyd edək ki, Liqa 1 aprel ayında başa vurulub. Bunun tələskən qərar olduğunu artıq Fransada da qəbul edirlər.

Çeferinin açıqlamasında deyilir: “Öncə qeyd etmək istərdim ki, yerli federasiyalar öz liqaları ilə bağlı qərar vermək səlahiyyətinə malikdirlər. Ancaq UEFA-nın da əvvəlcədən bildirdiyi kimi, Fransada çempionatın ləğvi qərarı bir qədər tez verilib. Əgər bu qərar ləğv olunsa və liqa bərpa edilsə, bu zaman mövsüm avqustun 2-dən gec olmamamaq şərti ilə başa vurulmalıdır”.


Son xəbərlər