“Ayazın “Anji”yə dəvətinin təşəbbüskarı mən və Osman Kadıyev idi. Quliyevi “Spartak-2”-dən yaxşı tanıyırdım. O, 6, 8 və 10 nömrələrin keyfiyyətlərini özündə birləşdirən unikal futbolçudur. Ayaz dayaq yarımmüdafiəçisi kimi də oynaya bilir, hücumameyilli kimi də”.
Qol.az xəbər verir ki, bu sözləri “Anji”nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan "eurosport.ru"ya açıqlamasında “Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev haqda danışarkən deyib.
İntizamsızlığına görə Ayazın “Spartak”ın 2-ci komandasına göndərilməsinə münasibət bildirən erməni məşqi əslində onun tərbiyəli bir insan olduğunu qeyd edib. O, Ayaz haqda xoş sözlər deyib: “Onun bəzən özünü idarə edə bilməməsi hər kəsə məlumdur. Ancaq bu, mahiyyəti dəyişmir. O, tərbiyəli və saf bir insandır.
Ayaz Quliyevin potensialının nə olduğunu bilmək istəyirsizsə, onun “Anji”də “Zenit”ə qarşı oynadığı matça baxın. Görüş 1:1 hesabıyla bitdi, ancaq ən azı üç top vurmalıydıq. Bütün komanda çox yaxşı oynamışdı. Lakin Quliyevin yarımmüdafiədəki hərəkətlərinə baxın və mənə deyin: Rusiyanın mərkəz yarımmüdafiəçiləri arasında belə performans göstərə biləcək futbolçu varmı?”
Qeyd edək ki, Ayaz Quliyev 2017-ci ilin yanvarından dekabr ayınadək “Anji”də çıxış edib.
AFFA və UEFA-dan birgə layihə
Dörd futbolçu "Qarabağ"dan ayrıldı - Yenilənib
"Şamaxı"nın legioneri millidə 3 oyuna çıxdı
Sabri Sarıoğlu millidən ayrıldı
Ulduz futbolçu "Qalatasaray" üçün İstanbula gedir
Acun Ilıcalı "Fənərbaxça"dan ayrıldı
Millimiz Belarusla qarşılaşacaq
Boksçumuz Şimali Makedoniyada qızıl medal qazandı - Şəkil
"Ayın qolu"nun qalibləri mükafatlandırıldı
"Barselona"nı tərk etmək istəmir
"Bayer" 20 yaşlı oyunçu ilə anlaşdı
İngiltərə mediasından Mahir Emreli ilə bağlı iddia
PFL prezidenti Emin Mahmudovu mükafatlandırdı - Şəkil
"Sabah" futbolçusu ilə yollarını ayırdı - Rəsmi
"Komo" "Dinamo" ilə razılaşdı
"Mənə dedi ki, getməsi daha yaxşı olar"
Qattuzo İtaliya millisinin baş məşqçisi ola bilər
"Bavariya"dan "Qalatasaray"a
"Mançester Siti" transferi açıqladı
"Düzgün yoldayıq" - Millimizin baş məşqçisi
De Brüyne "Napoli"yə keçib