Almaniya Bundesliqasının 27-ci turunda keçirilən “Maynts” - "Leypsiq” matçı (0:5) qonaqların futbolçusu Timo Verner üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, görüşdə het-trik edən almaniyalı hücumçu rekorda imza atıb. Verner 21-ci əsrdə Bundesliqada bir mövsümdə eyni komandaya qarşı iki oyunda het-trik edən ilk futbolçu olub.
24 yaşlı hücumçu Bundesliqada mövsümün ilk dövrəsində “Maynts”ı 8:0 hesabı ilə məğlub etdikləri oyunda da 3 qol vurmuşdu.
Qeyd edək ki, Bundesliqada sonuncu dəfə bunu 1998/99 mövsümündə “Bayer”in futbolçusu Ulf Kristen bacarmışdı. Keçmiş hücumçu, Münhenqladbax “Borussiya”sı ilə bir mövsümdəki iki oyunda da het-trik etmişdi.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq