“Bu nə bir öpüş, nə də sevinc göstəricisi idi. Əllərimi Marko Qruiçin üzünə vurduğum üçün üzr istəyirəm. Ona cərimə zərbəsi ilə bağlı taktikanı izah edirdim”.
Qol.az xəbər verir ki, bu sözləri “Herta”nın futbolçusu Dedrik Boyata Almaniya mətbuatına açıqlamasında deyib.
Belçikalı müdafiəçi Bundesliqanın 26-cı turunda “Hoffenhaym”la görüşdə qol sevincini bölüşərkən komanda yoldaşını öpməsini əks etdirən şəklin düzgün anlaşılmadığını bildirib: “Belə bir durumda oynayarkən mütləq diqqətli olmalıyıq. Necə oynamağımıza və necə sevinməyimizə diqqət etməliyik. Bu vəziyyətə uyğun hərəkət etməliyik”.
Xatırladaq ki, "Herta"nın futbolçuları 3:0 hesabı ilə qalib gəldikləri oyunda qol sevinci zamanı sosial məsafə qaydalarını pozublar. Boyatanın sözügedən şəkli isə xeyli müzakirələrə səbəb olub.
Arteta, Qvardiola...
Avropa Liqasında 16 oyun
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" dastan yazır! - 2:0
Bernardo Silva transfer xəbərlərinə cavab verdi
Mourinyo Diasın transferini istəyir
Xulian Alvares “Atletiko”da qalacağını açıqladı
İlin ən yaxşı futbolçusu seçildi
“Qarabağ”ın “Kopenhagen”lə oyun üçün - Heyəti
Aqil Nəbiyev: “İnanıram ki, kuboku qazanacağıq”