“Keşlə”nin futbolçusu Con Kamara Qazaxıstan mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, 2017-2018 mövsümündə bu ölkənin “Kaysar” klubunda çıxış etmiş afrikalı yarımmüdafiəçi “sport.kz”nin suallarını cavablandırıb.
- Con, son mövsümü Azərbaycan çempionatında keçirdin. Təəssüratların necədir?
- Keçən mövsüm bir az çətin oldu. Ancaq mən qətiyyətli oldum, komandam da yaxşı formada idi. Buna görə çox yaxşı oyun keçirməyi bacardım və tədricən nəticəyə nail oldum.
- Bakıda yaşamaq yaxşıdır, yoxsa Qızılordada?
- Düzünü deyim ki, Bakı gözəl şəhərdir və burada həyatı daha maraqlı edən çox şeylər var.
- Azərbaycan futbolunun səviyyəsi barədə nə deyə bilərsən? Azərbaycan çempionatını Qazaxıstan Premyer Liqası ilə necə müqayisə edərdin?
- Hər iki liqa çox yaxşıdır, həm də rəqabət qabiliyyətlidir. Fərq ondadır ki, Qazaxıstanda daha çox komanda var və daha çox oyun olur, amma səviyyə eynidir.
- Azərbaycan mətbuatında oyunla bağlı yaxşı rəylər oxudum. Oradakı çıxışlarından razısan?
- Əlbəttə. Azərbaycan çempionatındakı çıxışımdan çox məmnunam. İştirak etdiyim hər oyunda daha da inkişaf etməyə çalışacağam.
- Ümumiyyətlə, Azərbaycan Qazaxıstandan çox fərqlidir?
- Azərbaycan fərqli ölkədir. İnsanlarla danışmaq, onları başa düşmək daha asandır. Qazaxıstanda əsas problemlərdən biri dil idi. Xüsusilə yaşadığım şəhərdə - Qızılordada.
- Azərbaycan çempionatı sona 8 tur qalmış dayandırıldı. Sizcə, turnir davam etdiriləcəkmi?
- Bəli, Azərbaycan çempionatı COVID-19 ilə əlaqədar sona 8 tur qalmış dayandırıldı. Çox istərdim ki, oyunumuzu davam etdirək, amma nə olacağını bilmirəm. Artıq may ayı olsa da, oyunlar başlamayıb, ona görə də bilmirəm.
- “Keşlə” indi 3-cü yerdədir. Bu, klub üçün yaxşı nəticədir?
- Əlbəttə. Klubda hər kəs üçün yaxşı bir mövqedir.
- İndi Azərbaycandasan? Orada karantin şərtləri necədir?
- Bəli, hazırda Bakıdayam. Karantin vəziyyəti əslində sadə deyil, amma bizə verilən bütün tövsiyələrə əməl etməliyik.
- Qazaxıstan çempionatını izləyirsiniz?
- Bəli, hər iki liqanı izləyirəm. Qazaxıstan Premyer Liqasında bir çox yeni qaydalar qəbul edildi. Düşünürəm ki, hər şey yaxşıdır.
- “Keşlə” ilə müqaviləniz iyunda başa çatır. Karyeranızı harada davam etdirəcəyinizi düşünürsünüz?
- Agentlərim bunun üzərində işləyirlər. Onların maraq göstərdikləri və mənə təklif etdikləri bir çox ölkə var - Türkiyə, Qazaxıstan və digər yerlər.
- Bir gün Qazaxıstana qayıtmaq istərdinizmi?
- Mən futbolçuyam, buna görə də vəziyyət məqbul olduğu müddətdə hər yerdə və istənilən vaxt oynamağa hazıram.
"Sumqayıt"dan mövsümə əla başlanğıc - Video
"Sumqayıt" böyük hesabla "Kəpəz"ə qalib gəldi
“Arsenal” “Old Trafford”da qələbə qazandı
"Nyukasl" yeni transferini açıqladı
"Mançester Yunayted"in yetirməsi "Hall Siti"də
"Sumqayıt" - "Kəpəz": Heyətlər
"Sanderlend" PSJ-dən onu transfer etdi
“Qarabağ” düşərgəsindən yeni xəbər
"Brentford" onu rekord məbləğə aldı
"Kəpəz"dən iki transfer, üç yeni müqavilə
De Xea “Mançester Yunayted”ə qayıda bilər
Ozobiç üçün əlamətdar oyun
"Kəpəz" kapitanlarını açıqladı
UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda
“Etdiyim jest dinlə bağlıdır” - Emin Mahmudov
Yeni UFC çempionu
"Şalke"dən "Beşiktaş"a
Qolları Messi, Suares və Alba vurdu - Video
"Barselona"dan uğurlu start - Video
"Mançester Siti" yarımmüdafiəçisini satdı
Robbi Kindən “Qarabağ”la oyunla bağlı açıqlama
"Bavariya" Almaniya Superkubokunu qazandı
"Barselona" mövsümə böyükhesablı qələbə ilə başladı
Renat oynadı, komandası heç-heçə etdi
"Neftçi Arena"da vurulan 2 qol - Video
"Müqavimət göstərməyə gücümüz var" - Samir Abasov
"Renn"dən İngiltərə Premyer Liqasına
"Turan Tovuz" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Bir qədər vaxt lazımdır" - Kurban Berdıyev
"Neftçi" - "Şamaxı": Heyətlər
"Mançester Siti" onunla anlaşır
"Kəpəz"də üç yeni müqavilə - Rəsmi
"Şamaxı"da yeni təyinatlar
“Premyer Liqada indiki kimi rəqabət görməmişdik"
"İmişli" - "Turan Tovuz": Heyətlər
İngiltərə millisinin üzvünün yeni klubu məlum oldu
"Barselona" Reşfordu qeydiyyatdan keçirdi
Bellinqem hazırdır
"Sumqayıt"ın kapitanları məlum oldu