Maaşlarının azaldılmasına görə məşqdən imtina etdilər

Maaşlarının azaldılmasına görə məşqdən imtina etdilər
DÜNYA FUTBOLU 13 May 2020 / 17:12 2527
-  A +

İspaniyanın “Elçe” klubunun futbolçuları məşqə çıxmaqdan imtina ediblər.

Qol.az “Football Espana”ya istinadən xəbər verir ki, oyunçular maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıblar. Komanda üzvləri bugünkü məşqə gəlməyiblər.

Futbolçuların  klub rəhbərliyi ilə aralarındakı gərginliyin əsas səbəbi kimi məşqçi heyətinin əvvəlki maaşlarının bərpa edilməsi, onlarda isə artımın olmaması göstərilir.

Qeyd edək ki, “Elçe” Sequndada 46 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər