Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il tarixindən bərpa olunur. Metropoliten stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.
Qeyd olunanları rəhbər tutaraq metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:
1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.
2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı Qərarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi qərarlara uyğun olaraq, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.
3.Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.
4.Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.
5.Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.
6.Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.
7.Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir