Çempionat bərpa olunur - Rəsmi

Çempionat bərpa olunur -  Rəsmi
DÜNYA FUTBOLU 8 May 2020 / 09:44 2859
-  A +

Bolqarıstan çempionatının bərpa tarixi rəsmən bəlli olub.

Qol.az xəbər verir ki, yarış iyunun 5-də bərpa olunacaq. Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Komandalar mayın ortalarında məşqlərə başlayacaqlar. Çempionatın iyulun 11-də yekunlaşdırılması planlaşdırılır. Mövsümün qalan matçları azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə 24-cü turda dayandırılan Bolqarıstan çempionatında lider “Ludoqorets” bir oyun az keçirməsinə baxmayaraq, əsas rəqibləri “Lokomotiv” (Plovdiv), “Levski” (Sofiya) və ÇSKA-nı (Sofiya) 9 xal qabaqlayır.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?