Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümü “Qarabağ”ın müdafiədəki etibarlı oyunu ilə diqqət çəkir.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yarışın lideri keçirdiyi 20 matçda cəmi 7 top buraxıb. 1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, bu, heç də ən yaxşı nəticə deyil.
Ən az qol buraxmaqda mütləq rekord “Turan”a məxsusdur. Tovuz klubu 1993-cü ildə cəmi 5 qol buraxıb. Hərəyə 7 dəfə topu qapısında görən “Neftçi” və “Olimpik” (sonrakı “Şüvəlan”) ikinci göstəriciyə şərikdir. “Qarabağ”in indiki nəticəsi ikinciliyə şərik olmaq imkanı verir. Lakin bu şansdan yararlanmaq üçün ağdamlılar mövsümün bərpasından sonra qol buraxmamalıdır.
Azərbaycan çempionatında mövsüm ərzində ən az qol buraxan 5 komanda
1. “Turan” (1993) - 5
2-3. “Neftçi” (2001/02) - 7
“Olimpik” (2007/08) - 7
4. “Şəmkir” (1999/2000) - 8
5. “Karvan” (2005/06) - 9
“Turan”ın 1993-cü ildəki rekordunda oyun sayının azlığı az rol oynamayıb. Qərblilər 18 qrup və 2 pley-off matçı keçirib. Bu qarşılaşmalardan da üçü texniki nəticə ilə yekunlaşıb. Baş tutan görüşlərdəki orta göstərici isə 0,29-a bərabərdir. Bu, yalnız 3-cü nəticədir. Rekord isə “Olimpik”in 2007/08 mövsümündəki göstəricisidir. Amma bu rekordun keçilməsi ehtimalı mövcuddur. Paytaxt klubu üçün təhlükənin səbəbi cari mövsümün 20 oyununda 7 top buraxan “Qarabağ”dır. Liderin indiki nəticəsi 0,35-ə bərabərdir. Bu, hələlik yalnız 5-ci yerə şərik olmaq imkanı verir. Amma Ağdam klubu mövsümün bərpasından sonra qol buraxmasa, mütləq rekorda imza atmış olacaq. Bunun üçün son çempion daha 8 quru oyun keçirməlidir.
Azərbaycan çempionatında mövsüm ərzində orta hesabla ən az qol buraxan 5 komanda
1. “Olimpik” (2007/08) - 0,27
2. “Neftçi” (2001/02) - 0,28
3. “Turan” (1993) -0,29
4. “Bakı” (2004/05) - 0,34
5. “Karvan” (2005/06) - 0,35
Qeyd edək ki, orta göstərici hesablanarkən texniki nəticə ilə başa çatan oyunlar və belə matçlardakı top fərqi nəzərə alınmayıb.
Ağlasığmaz təklif
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi
"Qarabağ" - "Kəpəz": Heyətlər
“Mançester Yunayted”dən Amorim qərarı
Mahir Emreli yenə heyətdən kənardadır
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Azərbaycan boksçusu Avropa çempionatının 1/4 finalında
Xavinin DÇ-2026 üçün favoritləri
"İnanıram ki, orada penalti var idi" - Brahim Konate
Amorim: "Hamı üçün əlçatmaz olan səviyyəyə yüksələcəyik"
Dünyanın 2-ci ən bahalı oyunçusu “Barselona”nın hədəfində
“Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da”
“Benfika”nın başı üzərini qara buludlar alıb - İndi də…
"Mançester Siti" onunla müqaviləni uzatdı
“Trabzonspor”dan darmadağın - Video
Rüfət Abdullazadə bir hissə oynadı
“Cəbrayıl” 3 xalı 4 qolla qazandı - Video
Azərbaycan medal sıralamasında gerilədi - III MDB Oyunları
“Barselona” Yamalsız qaldı