Evdə arxivimi araşdırarkən əlimə bir qəzet keçdi. Açıb oxudum, 20 il əvvəlki günlərə qayıtdım.
2000-ci il, dekabrın axırları idi. 1995-ci ildə təsis etdiyim Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Bakının Nizami küçəsindəki evimdə mənzil-qərargahını yaratmışdım.
İş vaxtı idi. Dostum, rəhmətlik Fuad Poladov da yanımda idi. Onunla ölkə mədəniyyətinin, incəsənətinin, elminin, mediasının durumundan, uğurlarından, problemlərindən danışırdıq. Söhbətin şirin yerində telefon zəng çaldı. Dəstəyi qaldırdım:
– Eldar İsmayılov, AİJA. Sizi dinləyirəm.
– Eldar müəllim, salam. Qarşıdan gələn bayramlarınızı təbrik edirəm. Anar İskəndərovdur, “Hüriyyət” qəzetindən. Sizinlə necə görüşmək olar?
– Mən də sizi təbrik edirəm. Nə vaxt istəsəniz, zəng vurun, gəlin, qapımız da, ürəyimiz də qələm adamlarının üzünə daim açıqdır – dedim və ünvanı izah elədim.
Bir azdan təxminən 16 – 18 yaşlarında bir gənc gəldi. Nəzakətlə salam verdi. Gəlişinin məqsədini, barəmizdə yazmaq istədiyini açıqladı. Doğrusu, “ağzından süd iyi gələn” bu yeniyetmənin lazımi səviyyədə nəsə yazacağına inanmadığım üçün etiraz elədim. Çünki mediada o qədər təzə, özündən müştəbeh “jurnalistlər” peyda olmuşdu ki. Yazılarını da oxuyanda nə demək istədikləri də məlum olmurdu. İstədim deyəm ki, Anar, yazı lazım deyil, əziyyət çəkmə. İndi vaxtım azdır, başqa zaman zəngləşib görüşərik, yazarsan. Sonra fikirləşdim ki, xətrinə dəyməyim, bir az söhbət edib sağollaşaram.
Amma, belə olmadı. Bu yeniyetmə oğlanla çox səmimi söhbətimiz alındı. Bir neçə gün sonra “Hüriyyət” qəzetinin yeni il nömrəsində bir yazı verildi. Başlığından görünürdü ki, müsbət yazıdır. Təəccüb elədim. Axı bu qəzetin başçıları və ətrafındakılar bizə əks münasibətdə idilər. Bunu Anara da bəri başdan demişdim. O isə gülümsünüb bu barədə xəbərdar olduğunu bildirmişdi.
Sən xoş sözlərə layiqsən, Anar. Mən özüm 18 yaşında qəzetə işə götürülmüşdüm. Redaktorumuz yaşlı, təcrübəli jurnalist Museyib Qurbanov idi. Əməkdaşların yazılarını ciddi redaktə edər, çoxlu düzəlişlərə məruz qoyar, sonra üstünü yazıb mətbəəyə yığılmağa göndərərdi. Mənim 4-5 yazımı oxuyub heç bir düzəliş etməmişdi. Sonra isə yalnız mənim yazılarımı oxumazdı, üstünə dərkənar qoyub birbaşa mətbəəyə göndərərdi. Beləliklə, məni maraqlandırardı.
Barəmdə çox yazılar gedib. Hətta bir dəfə məşhur bir yazıçının yazısına çoxlu düzəlişlər etməli oldum, sistemləşdirdim, ardıcıllığı da dəyişdim. Sonra özünə verdim. O da redaktəni çox bəyəndi, verdi çapa. Açığı, Anar Şabanoğlunun 18 yaşında yazdıqlarını bu gün özlərini peşəkar sayanların əksəriyyəti yaza bilməzlər. İstedad insanla birlikdə doğulur, sonra nizama düşür.
Ruhdan düşmə Anar, yaz, yaz və yenə də yaz! Uğurlar!
Eldar İSMAYILOV
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı