"Çelsi" Jiru ilə müqaviləni uzatdı

"Çelsi" Jiru ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 24 Aprel 2020 / 21:50 1867
-  A +

“Çelsi” futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı hücumçunun yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. Klubun bunu tezliklə rəsmən açıqlayacağı bildirilib.

33 yaşlı forfardın müqaviləsi bu ilin iyununa qədər idi.

Qeyd edək ki, Jiru 2018-ci ildən London klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matça 2 qol vurub.

Son xəbərlər