2007-ci ildə "Çelsi"nin futbolçuları baş məşqçi Joze Mourinyo komandadan qovulduğu üçün ağlayıblar.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə həmin ildə komandada oynayan Con Terri məlumat verib:
"Mourinyo ayrılanda hamımız gözyaşlarına boğulduq. Çox yaxşı oynamadığımıza dair fikirlər səslənirdi. Mourinyo yanımıza gəlib "Bura qədər, qovuldum" dedi. Hamımızı qucaqladı. Futbolçular ağlayırdılar. "İndi nə edəcəyik?" deyə düşünürdük. Mourinyo bizim atamız kimi idi, bizə başçılıq edirdi".
"Çelsi"nin əfsanəsi bundan sonra klub rəhbərliyi ilə görüşdüklərini deyib: "Rəhbərliklə görüşüb, Mourinyonun qalmasını istədiyimizi söylədik. Onun ən yaxşı məşqçi olduğunu bildirdik. Amma heyf ki, qərar çoxdan verilmişdi. Hönkür-hönkür ağlayırdıq".
Terri Mourinyonun oyunçuları ilə münasibəti haqda da danışıb: "Axşam saat 8-də mesaj yazardı. Həyat yoldaşımız və uşaqlarımızın necə olduğunu soruşardı. Bu mesajları bütün futbolçulara yazardı".
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
“Hakim görünməyən VAR-dan penalti çıxardı” - Samir Abasov
Zirədə dramatik sonluq, “Araz Naxçıvan”dan qələbə
“Araz-Naxçıvan” “İmişli”yə belə qalib gəldi - Video
Elmar Baxşıyev: “Zamanla daha güclü olacağıq”
“İmişli”nin baş məşqçisindən məğlubiyyətə şərh
“Zirə” - “Neftçi” - Heyətlər
Tuhel: “O futbolçularla şəxsi problemim yoxdur”
"Tottenhem" Bentankurla müqaviləni uzatdı
"Bayer" Argentina millisinin üzvü ilə müqavilə imzaladı
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
Türkiyə millisinin heyəti açıqlandı
"Qarabağ"dan daim yarım saniyə geridə idik" - Elyunussi
Zidanın oğlu ilk dəfə milliyə çağırıldı
Azərbaycan III MDB Oyunlarında növbəti qızıl medalı qazandı
Loran Blanı Konseysau əvəzləyir
"Qəbələ"nin futbolçusu dünya çempionatında qol vurdu