Aşağıda təqdim etdiyimiz bu sənədli film ilk dəfə 2013-cü ildə İctimai Televiziyada yayımlanıb. Tanınmış jurnalist Müsəllim Həsənovun hazırladığı film Azərbaycan futbolunun məbədi hesab olunan, hazırda böyük hakimimiz Tofiq Bəhramov adını daşıyan Respublika stadionunun yaranma tarixindən bəhs ediir.
Filmdə nadir arxiv materialları, dövlət televiziyasının qızıl fondunun görütülərindən istifadə olunub. Filmdə stadionunun tikintisinə alman əsirlərin, eləcə də yerli gənclərin pulsuz (zorla) cəlb edilməsi, meydançanın ot örtüyünün Lənkərandan gətirilməsi, “Neftyanik”in (indiki “Neftçi”nin) oyunları zamanı Bakıda yaşanan futbol bumu və bilinməyən başqa zəngin sənədli faktlar, o dövrün şahidlərinin fikirləri yer alıb.
Koronavirus pandemiyasına görə “Evdə qal” kampaniyasının davam etdiyi indiki dövrdə belə qiymətli filmləri izləmək həm vaxt baxımından münasibdir, həm də futbol tariximizi öyrənmək mənasında yerinə düşür.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq