Bir aydan çoxdur ki, futbol üzrə Azərbaycan çempionatı dayandırılıb. Dayandırılan gündən də onun gələcək taleyi barədə iki variant irəli sürülür:
- Çempionatı bərpa etmədən yarış cədvəlindəki hazırkı vəziyyətə görə çempion və mükafatçılar elan olunsun.
- İdman prinsiplərini üstün tutaraq çempionat qaldığı yerdən davam etdirilsin.
Əvvəlcədən onu qeyd edək ki, bizim çempionatda yaranmış vəziyyət hər iki halda idman prinsiplərinin pozulmayacağını göstərir.
Birinci variant nə vəd edir?
Çempionatın ilk turlarından yarış cədvəlində liderliyi ələ alan “Qarabağ” arxada qalan 20 tur ərzində bir gün də olsa, bu mövqeyini tərk etməyib və 2-ci yerlə xal fərqini 8-ə çatdırıb. 2-ci yer uğrunda “Neftçi” ilə “Keşlə” arasında uzun müddət ciddi rəqabət getsə də, son turlarda “flaqman” vəziyyəti öz xeyrinə dəyişməyi bacardı və hazırda rəqibini 7 xal qabaqlayır. Hazırda 3-cü yerdə olan “Keşlə” də özündən sonrakı rəqibindən 7 xal aralana bilib. Bu o deməkdir ki, növbəti 8 tur ərzində liderin dəyişməsi üçün “Qarabağ” ən azı 3 dəfə məğlub olmalıdır. Eləcə də hər hansı komandanın liderlər qrupuna daxil olması üçün “Keşlə” ən az 3 oyunu xalsız başa vurmalı, digər rəqiblər isə həmin dövrdə mütləq qələbə qazanmalıdırlar. Nəzəri cəhətdən bu ehtimallar mümkün sayılsa da, faktiki olaraq mümkünsüz görünür.
Deməli, çempionat bərpa olunmadan mükafatçıların elan olunması ədalətsiz olmayacaq. Yalnız sonuncu yerdə gedən “Qəbələ” bu vəziyyətlə razılaşmaya bilər ki, onu da Premyer Liqada saxlamaqla razı salmaq olar.
O ki, qaldı Birinci Divizionun qalibinin Premyer Liqaya vəsiqə qazanmasına, burda da problem yoxdur. Çünki illərdir Birinci Divizionun qalibi yüksək liqaya buraxılmır. Bu il də AFFA-nın istədiyi qərarla istədiyi komandanı Premyer Liqaya buraxmasına, zənnimcə, kimsə etiraz etməyəcək.
"Evdə qal"ı "Bazada qal"a çevirək!
Çempionatın qaldığı yerdən davam etdirilməsi isə ən düzgün variant hesab edirik. Avropa ölkələrindən fərqli olaraq, bizdə çempionatın başa çatdırılması üçün imkanlar böyükdür.
Hazırda koronovirus pandemiyasının səngiməyə doğru getməsi komandalara məşqlərini bərpa etmək imkanı verir. Bunun üçün klublar, hazırda fəaliyyətlərini davam etdirən digər müəssisələr kimi, futbolçularına və zəruri kadrlarına “icaze.e-gov.az” portalı vasitəsi ilə icazə alıb onları bazada karantinə alsalar, problemi , demək olar ki, həll etmiş olarlar. Zənnimizcə, "Evdə qal"ı "Bazada qal"a çevirməklə karantin rejiminə də əməl etmiş olarıq. Bazada məskunlaşan futbolçuların 5-6 min kvadratmetrlik meydançada ara məsafəsini saxlamaqla hər gün bir və ya iki dəfə birgə məşq etmələri isə, zənnimizcə, karantin qaydalarının pozulması sayılmamalıdır. Belə olarsa, futbolçular yaxın iki həftədə lazımı formalarını yığar və karantin rejimi bitən anda çempionata başlamağa hazır olarlar.
Çempionatda qalan 8 oyunu keçirmək üçün 2 rejim təklif edirik:
- adi rejim
- qısaldılmış rejim
Adi rejim dedikdə turları 3 və ya 4 gündən bir keçirmək nəzərdə tutulur. Bu halda çempionatı bir ayda başa çatdırmaq olar.
Qısaldılmış rejim isə çempionatın qalan hissəsini turnir şəklində keçirməyi nəzərdə tutur. Bu halda Azərbaycan çempionatının “Bakı çempionatı” olması köməyimizə çatır. Belə ki, “Qəbələ” və “Sumqayıt”ı Bakıya gətirməklə paytaxta 8 komandanın iştirakı ilə turnir təşkil etmək olar. Oyunlar hər gün və günaşırı keçirilə bilər. Beləliklə, 8 və ya 16 gündə çempionatı başa çatdırmaq olar.
O ki, qaldı Azərbaycan kubokunun qalan oyunlarına, burada da yarımfinal matçlarını bir oyuna endirməklə 2 oyun günündə qalibi müəyyən etmək olar.
Ürfan MƏMMƏDLİ
Çempion.az
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi