"Fənərbaxça" Pelleqrini ilə danışığa başladı

"Fənərbaxça" Pelleqrini ilə danışığa başladı
DÜNYA FUTBOLU 21 Aprel 2020 / 01:00 2897
-  A +

Baş məşqçi axtarışlarını davam etdirən "Fənərbaxça" Manuel Pelleqerini ilə danışıq aparır.

Qol.az xəbər verir ki, bu barədə Pelleqrinin vətəni Çilinin "La Cuerta" nəşri məlumat yayıb.

İstanbul klubunun rəsmilərinin 66 yaşlı çalışdırıcı ilə telefon əlaqəsi yaratdığı bildirilib. Məlumata görə, "sarı-lacıvərdlilər"  təcrübəli çalışdırıcını Türkiyəyə dəvət edib.

Qeyd edək ki, "Real", "Mançester Siti", "Malaqa", "Vilyareal" kimi klubları çalışdırmış Pelleqrinin son iş yeri "Vest Hem" olub.

Son xəbərlər