Koronavirus üzündən dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda “Qəbələ” 25 qola imza atıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 9 fərqli futbolçu fərqlənib. Ən yaxşı bombardir mövsümün ilk yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdur. Rövlan Muradovla qış transferi Nikolas Rayselin hərəyə 4 qolu var. Çempionatın bərpasından sonrakı 8 turda hər iki futbolçu bu göstəricini artırmaq imkanına malikdir. Keçirdiyi 4 qarşılaşmada yüksək orta məhsuldarlıq göstərən Rayselin cari mövsüm üçün komandanın bombardiri olmaq şansları daha yüksəkdir.
Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodur. O, 2017/18 mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.
Ümumiyyətlə, indiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçu buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidir.
1. Baqali Dabo – 13 (2017/18)
2. Daniel Subotiç – 12 (2013/14)
3-4. Cavid Hüseynov – 11 (2014/15)
Filip Ozobiç – 11 (2016/17)
5-6. Aleksey Qay – 10 (2015/16)
Ceyms Adeniyi – 10 (2018/19)
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq