Kamerun milli komandasının sabiq futbolçusu Riqobert Sonq karantinə alınıb.
Qol.az-ın məlumatına görə, 43 yaşlı keçmiş müdafiəçi martın 30-da Fransadan qayıtdıqdan sonra Yaundedəki otellərdən birində təcrid olunub. Sonqun COVID-19 viruslu şəxslərlə təmasda olması şübhəsi ilə belə bir addım atılıb. 14 günlük karantin müddətində koronavirus testi müsbət çıxmasa, o, gələn həftə ailəsinə qovuşacaq.
Qeyd edək ki, Riqobert Sonq Türkiyənin "Qalatasaray" və "Trabzonspor" komandalarında da forma geyinib. Son futbolçu karyerasını başa vurduqdan sonra Kamerunun əsas və U-23 yığmalarında baş məşqçi kimi çalışıb.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı