Dünya çempionu Maqnus Karlsenin şahmat tarixində ilk dəfə təşkil edəcəyi internet-turnirin bütün iştirakçıları müəyyənləşib.
Norveçli qrossmeysterin aprelin 18-də start götürəcək yarışda FIDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində ilk 8 yerdə qərarlaşmış şahmatçıları görmək istəyi gerçəkləşməyib. "8-lik"dəki zəka sahiblərindən rusiyalı Aleksandr Qrişuk (6-cı yer), ermənistanlı Levon Aronyan (7-ci yer) və ABŞ təmsilçisi Uesli So (8-ci yer) turnirə qatılmayacaq. Onların əvəzinə fərdi qaydada hollandiyalı Aniş Giri (10-cu yer), ABŞ təmsilçisi Hikaru Nakamura (18-ci yer) və İran şahmatının parlayan ulduzu Alireza Firuzca (21-ci yer) dəvət olunub.
Daha 5 iştirakçı isə Karlsendən əlavə, ABŞ təmsilçisi Fabiano Karuana (2-ci yer), çinli Dinq Liren (3-cü yer), rusiyalı Yan Nepomnyaşi (4-cü yer) və fransalı Maksim Vaşye-Laqrav (5-ci yer) olacaq. FIDE reytinqində müvafiq olaraq, 9-cu və 11-ci yerlərdə qərarlaşmış Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun kənarda qalmalarının səbəbi məlum deyil.
İki həftə davam edəcək turnir dairəvi sistem üzrə başlayacaq. Əvvəlcə hər bir iştirakçı arasında görüş keçiriləcək. Daha sonra liderlər "pley-off" oynayacaqlar. 250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq ("Report").
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj