Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar

Bakıda yarımçıq dayandırılan Dünya Kuboku ilə bağlı qərar
XƏBƏR 10 Aprel 2020 / 14:38 1647
-  A +

Bu il martın 12-də Bakıda start götürən, ancaq yarımçıq dayandırılan idman gimnastikası üzrə Dünya Kuboku barədə qərar verilib.

Qol.az Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi yarışdakı nəticələrə uyğun olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları veriləcəyini bildirib.

Seçmə mərhələnin nəticələri yekun hesab olunacaq və reytinq xalları məhz buna görə idmançılara veriləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 13-də koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi.


Son xəbərlər
06.09.25  10:19

DÇ-2026-da 6 oyun

05.09.25  15:55

"Benfika"da ayrılıq