Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi
XƏBƏR 9 Aprel 2020 / 19:10 1357
-  A +

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi məlum olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini Bruno Labbadia çalışdıracaq. O, bu vəzifədə Aleksandr Nurini əvəzləyib.

54 yaşlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Almaniyalı məşqçi daha əvvəl “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” klublarını çalışdırıb.

Son xəbərlər
12.05.25  12:14

Evdə 150-ci qol