Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirləri cəmi 7 qol vurub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Stiven Monroz və Baqali Dabo (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") çempionatın ən məhsuldar oyunçularıdır. Hərçənd onların məhsuldarlığı ölkə çempionatları tarixində təsadüf olunan göstəricilərlə müqayisədə çox aşağıdır. Düzdür, ilk milli çempionatlarda komandalar daha çox oyun keçirib. Amma oyun sayındakı fərq qol sayındakı fərqlə müqayisədə daha azdır.
Bir mövsümdə ən çox qol vuran futbolçu isə Nazim Əliyevdir. O, 1992-ci ildə 39 dəfə rəqib qapılarına yol tapıb. Bunun üçün ona 33 matç kifayət edib və orta məhsuldarlığı 1,18-ə bərabər olub. Cari mövsümün bombardirlərində isə bu rəqəm 0,37-0,47 aralığında dəyişir. Bu isə təxminən üçqat fərqdən xəbər verir.
Elə həmin – 1992-ci il mövsümündə bombardirlər yarışında ikinci olan Samir Ələkbərovun göstəricisi də sonrakı illərdə əlçatmaz olub. 30 və daha çox qol vuran 5 oyunçu arasında Qurbanov qardaşları – Musa və Qurban da yer alıb. Onlar müvafiq olaraq 35 və 34 dəfə fərqlənib. 30 qol vuran digər oyunçu isə ilk çempionatın üçüncüsü Mehman Allahverdiyevdir.
Ümumilikdə isə ölkə çempionatları tarixində 10 dəfə hər hansı futbolçu 25 və daha çox qol vurub. Nazim Əliyevlə Samir Ələkbərov hamıdan çox hərəyə 2 dəfə bunu bacarıb. 10 belə hadisədən altısının müəllifi “Neftçi”nin üzvü olub.
25 və daha çox qolun vurulmasına 9 dəfə ötən əsrdə təsadüf olunub. Yalnız bir futbolçu bunu XXI əsrdə gerçəkləşdirib. Bu, “Neftçi”də 26 qol vuran Nikolas Kanalesdir.
Bir mövsümdə 25 və daha çox qol vuran futbolçular
1992. Nazim Əliyev (Xəzər S) - 39
1992. Samir Ələkbərov (Neftçi) - 36
1993/94. Musa Qurbanov (Turan) - 35
1996/97. Qurban Qurbanov (Neftçi) - 34
1992. Mehman Allahverdiyev (Kəpəz) - 30
1992. Yunis Hüseynov (Neftçi) - 29
1993/94. Fazil Pərvərov (Kəpəz) - 29
1994/95. Nazim Əliyev (Neftçi) - 26
2012/13. Nikolas Kanales (Neftçi) - 26
1996/97. Samir Ələkbərov (Neftçi) - 25
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?
Neymar 3 ay yarımdan sonra qol vurdu
İlin futbolçusu seçildi
Millimizdən 2 məğlubiyyət
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı