"Hazırda Bakıdayam. Düşünürəm ki, vətənimə getsəydim, orada da atam, anam, bacım və qardaşımla birlikdə karantində olacaqdım".
Bu fikirləri "Neftçi"nin futbolçusu Donald Gerye koronavirusla necə mübarizə aparmasından danışarkən deyib.
Haitili yarımmüdafiəçi bildirib ki, günün çox hissəsini evdə keçirir: "Səhər yuxudan oyanıb dua edir, ardınca isə idmanla məşğul oluram. Duş qəbul etdikdən sonra səhər yeməyini yeyirəm və uşaqlarımı yaxınlıqdakı parka aparıram. Orada onlarla 1 saat oynayıb, evə qayıdırıq. Evdə isə ailəmlə Haiti oyunu olan "Lago kache" oynayırıq. Əllərimi gün ərzində tez-tez yuyuram və insanların çox olduğu yerlərə getmirəm".
31 yaşlı oyunçu ailə üzvlərini virusa yoluxdurmamaq üçün evdə qalmağa üstünlük verdiyini söyləyib: "Çətin olsa da, daha çox evdə qalmağa çalışıram. Onların mənə görə virusa yoluxmalarını istəmirəm. Çünki ailə üzvlərim bütün gün evdə olurlar. İctimai yerlərə getsəm, xəstələnə və virusu evə gətirə bilərəm. Hətta bundan xəbərim belə olmaz. Bu yoluxma ölümə də səbəb ola bilər. Belədə isə özümü bağışlaya bilmərəm. Buna görə də ən yaxşısı evdə qalmaq və mənim üçün dəyərli olan insanlarla vaxt keçirməkdir" (Report).
"Karvan"da iki ayrılıq
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi
Millimizin sabiq futbolçusu 1-ci liqa klubunda
İtaliya millisindən tarixi göstərici
U-19 millimiz 6 qolla uduzdu