Sankt-Peterburqda şahmat üzrə iddiaçılar turniri davam edir.
Qol.az xəbər verir ki, millimizin üzvü Şəhriyar Məmmədyarov sosial şəbəkə hesabında son durumla bağlı izah verib:
“Salam dostlar. Mart 14-u Almaniya bundesliqasında oynamalıydım. Bünün üçün aeroporta yollanmışdım. Ora çatanda klubumdan zəng gəldi. Bildirildi ki, görüşlər təxirə salınır. Belə də, hava limanından geri döndüm. Almaniyanın təhlükəli vaxtında verdiyim sözə və müqaviləyə əsasən, ora uçmağa hazır idim. Liqa olmadığını biləndə, həm üzüldüm, həm də sevindim. Çünki heç kim istəməz ki, 2 günə görə bu təhlükəli dönəmdə Avropaya səfər etsin və sonra, ən azı 2 həftə karantində qalsın. Üzüldüm ona görə ki, 20 gündür bu 2 oyuna hazırlaşmışdım.
Eyni hadisə bugünlərdə Teymurla bağlıdır. İddiaçıların turniri hər şahmatçının böyük arzusudur. Ən azı, mənim üçün belədir. Son mücadilədə 2-ci yerə çıxdım və bundan sonra qarşıma ilk pilləni tutmaq məqsədi qoymuşdum. Çox təəssüflər olsun ki, bu dəfə fürsətim olmadı. Olsaydı, əlbəttə rəqabətə qoşulardım. Martın 14-ü Almaniyaya yollanmaq istəyən, Rusiyaya niyə getməsin? (gülümsəyir) Yəni, 100 faiz səfərə çıxardım. Rəcəbovun imtina etdiyi yarış dayanarsa, sözsüz, çox düz verilmiş qərar olacaq. Yox əgər turnir davam edərsə və bitərsə, uduzan bizim şahmat olacaq.
Mən isə buna çox üzülərəm. Amma daha çox ona üzülərəm ki, bu qədər gözəl təşkil olunmuş və bu qədər maraqlı oyunlar olan turnir dayansın! Çünki bütün dünya indi bu yarışı izləyir. Orda oynayan 8 dost – həmkarıma can sağlığı arzu edirəm. Qoy, ən güclü qalib olsun. İnanıram k, mənim və ya bizim şahmatçıların yenə iddaçılar turnirində mübarizə aparmaq imkanı olacaq. Təhlükə onsuz da hər yerdə var, amma uğur hər yerdə yoxdur!”.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir