Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı - "Formula-1"

Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salındı -  "Formula-1"
XƏBƏR 19 Mart 2020 / 21:38 1666
-  A +

"Formula-1" üzrə daha 3 Qran-pri koronavirus epidemiyasına görə baş tutmayacaq.

Qol.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. 

Bununla da təxirə salınan mərhələlərin sayı 7-yə çatıb. Daha əvvəl Avstraliya, Bəhreyn, Vyetnam və Çin mərhələləri də rəsmən təxirə salınmışdı.

Niderlandda keçiriləcəyi nəzərdə tutulan yarış mayın 1-3-də, İspaniyadakı 8-10-da, Monakodakı isə ayın 21-24-də təşkil olunmalı idi.

Azərbaycan Qran-prisi 5-7 iyunda keçirilməlidir.

Daha çox


Son xəbərlər
03.07.25  19:07

"Napoli"dən La Liqaya

03.07.25  11:56

Falkao klubsuz qaldı