"Zirə"nin moldovalı futbolçusu George Anton ölkəsinin mətbuatına müsahibə verib. Qol.az müsahibəni təqdim edir.
- 27 yaşında "Zirə"yə keçdiniz. Bu, sizin üçün birinci xarici təcrübədir. Əvvəllər belə təklif yox idi, yoxsa özünüz getmək istəmirdiniz?
- Mən həmişə ölkə xaricində oynamaq istəmişəm. Sadəcə, getmək üçün indiyə qədər konkret təklif olmamışdı. Qış fasiləsində isə "Zirə"dən dəvət aldım.Onlar mənimlə müqavilə imzalamaqda israrlı idilər.
- "Zirə" infrastruktur, maliyyə, azarkeş baxımından necə klubdur?
Bu, gənc və iddialı Azərbaycan klubudur. 2014-cü ildə yaradılıb. Ev oyunlarını Bakıdan 40 km kənarda yerləşən Zirə qəsəbəsində keçirir. Amma Bakı Olimpiya Stadionunda məşq edirik. Azarkeşlərə gəlincə, oyunlarımıza, həqiqətən, çox insan gəlir. Bununla yanaşı, onlar bizi əla dəstəkləyirlər. Maliyyə baxımından da heç bir problem yoxdur.
- Yeni komandada özünüzü nə dərəcədə rahat hiss edirsiniz? Azərbaycan futbolunun necə olduğunu düşünürsünüz?
- Artıq 6 matçda oynamışam və burada özümü yaxşı hiss eidrəm. Azərbaycanda futbol inanılmazdır. Hamı bir-birini məğlub edə bilər. "Qarabağ" istisna olmaqla, bütün komandaların səviyyəsi eynidir. Hazırda turnir cədvəlində vəziyyət elədir ki, istənilən klubun avrokuboklara düşmək şansı var.
- "Zirə" sizə hansı yaşayış şəraiti təklif etdi? Azərbaycanda harada yaşayırsan? Boş vaxtlarınızda nə edirsiniz və kimlərlə ünsiyyət saxlayırsınız?
- Bakıda bir mənzildə yaşayıram. Yevgeni Koçukla ünsiyyət qururam. O, başlanğıcda bura uyğunlaşmağıma kömək etdi. İndi isə ailəm mənimlə birlikdədir. Boş vaxtlarımı yaxınlarımla keçirirəm.
- Ətrafınızdakı insanlar koronavirusa görə necə reaksiya verirlər? Bu problemlə bağlı vəziyyət necədir?
- Bütün lazımi təhlükəsiz tədbirləri görülüb. Artıq 4 gündür məşq etmirik. Qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hamı vəziyyətin düzəlməsini gözləyir. Amma heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb. Hələlik həyat adi qaydada davam edir.
- Belə çıxır ki, bu, gözlənilməz fasilə zamanı Azərbaycanda qaldınız?
Bəli qaldım. Virusdan qorunmaq üçün vaxtımın çox hissəsini ailəmlə birlikdə evdə keçirirəm. Belə mürəkkəb vəziyyətdə nə isə etmək çətindir.
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir