"Evdə qalın. Hamımız bu oyunu birlikdə oynasaq, belə bir vəziyyətdən çıxmaq şansımız var".
Bunu Azərbaycan millisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biri olan italiyalı baş məşqçi Canni De Byazi "Abcnews.al" saytına açıqlamasında deyib.
"Skype" vasitəsi ilə canlı yayıma qoşulan 64 yaşlı mütəxəssis koronavirus pandemiyası ilə bağlı danışıb. De Byazi bu xəstəliyə qalib gəlməyin asan olmadığını vurğulayıb: "Liverpul"un baş məşqçisi Yurgen Kloppun fikirlərini oxudum, əla idi. Bu şəraitdə futbol oynamaq olmaz. Əlbəttə, hiyləgərlik edə bilmirik. Çox güclü komanda olmalıyıq. Futbolçunu digər şəxslərdən ayırmamalı və bu virusa qarşı mübarizə aparmaq üçün hamımız birlikdə olmalıyıq".
Hazırda Venesiyadakı evində yaşayan təcrübəli baş məşqçi koronavirusa görə bütün tədbirləri gördüyünü və çölə çıxmamağa çalışdığını bildirib: "Həyatımda heç vaxt belə vəziyyətə düşəcəyimi düşünməmişdim. Ev dustağı oldum. Əlbəttə ki, çox çətin bir vəziyyətdir. Ancaq buna uyğunlaşmaq lazımdır. Virusa yoluxmamaq üçün mümkün qədər təmasdan çəkinməliyik. Məcburi olan işlər görüləcək, amma əsas olan evdə qalmaqdır. Çətin olacaq, amma bunu etməliyik".
Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya "Alaves"i olub. O, 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb (report).
2-ci liqada 3 oyun
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır