"Azarkeşsiz oynamağın mənası yoxdur" - Qvardiola

"Azarkeşsiz oynamağın mənası yoxdur" -  Qvardiola
DÜNYA FUTBOLU 10 Mart 2020 / 19:10 3486
-  A +

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola koronavirus epidemiyasına görə oyunların azarkeşsiz keçirilməsi qərarına münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı azarkeşsiz futbol oynamağın mənasız olduğunu deyib:

“Azarkeşsiz oynamağa dəyərmi? Biz işimizi azarkeşlərə görə görürük. Əgər onlar stadiona gələ bilmirsə, oynamağın heç bir mənası yoxdur. İstəməzdim Çempionlar Liqası və Premyer Liqada boş tirubunalar qarşısında oynayaq”.

Xatırladaq ki, koronavirus epidemiyasına görə artıq bir sıra Avropa ölkələrində çempionat oyunları və avrokubokların bəzi matçlarının azarkeşsiz keçirilməsinə qərar verilib

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda