Fransanın “Marsel” klubu koronavirusa görə futbolçulara bir sıra qadağalar qoyub.
Qol.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında komandanın hücumçusu Valer Jermen deyib.
Onun sözlərinə görə, futbolçuların bir-biri ilə əl sıxmasına və qucaqlaşmasına qadağa qoyulub: “Klubun həkimləri bizə əllə görüşməməyi, yaxından ünsiyyət qurmamağı və qol sevincindən sonra qucaqlaşmamağı tapşırıb. Bu gün “Amien”lə oyunda qol vursaq, uzaq məsafədən sevincimizi qeyd etməyin yolunu tapmalıyıq".
Qeyd edək ki, Ande Villaş Boaşın komandası hazırda çempionatda 55 xalla 2-ci pillədə qərarlaşıb.
"Karvan"da iki ayrılıq
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi
Millimizin sabiq futbolçusu 1-ci liqa klubunda