“Barselona”nın futbolçuları bir-bir yoxlanılacaq

“Barselona”nın futbolçuları bir-bir yoxlanılacaq
XƏBƏR 23 Fevral 2020 / 14:43 3821
-  A +

“Barselona” fevralın 25-də Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaq.

Qol.az xəbər verir ki, bu məqsədlə komanda sabah Neapola yola düşəcək. ESPN-in jurnalisti Moi Lyorens yazıb ki, İtaliyaya çatanda klubun bütün futbolçuları və əməkdaşlarının bədəninin hərarəti yoxlanılacaq. Əgər kimdəsə istilik aşkarlansa, dərhal xəstəxanaya aparılacaq.

Belə bir addımın təhlükəsizlik məqsədi - koronavirus xəstəliyi ilə əlaqədar atılacağı  bildirilir.

Qeyd edək ki, İtaliyada bu təhlükəli virus yayıldığından ölkə çempionatının bəzi oyunları təxirə salınıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı