“Mançester Yunayted”in 10 yaşlı azarkeşi “Liverpul”un baş məşqçisi Yurgen Kloppa məktub yazıb.
Qol.az Britaniya mətbuatına istinadla xəbər verir ki, məktubunda o, Kloppdan uduzmasını xahiş edib:
“Əziz Yurgen Klopp!
Adım Daraqdır, 10 yaşım var. “Mançester Yunayted”in fanatıyam və bu məktubu sizi yazmaqla şikayət edirəm. “Liverpul” həddindən çox oyun udur. Əgər siz daha 7 matçda qələbə qazansanız, bu, İngiltərə futbolu tarixində ən uzun məğlubiyyətsiz seriya olacaq (“MY”nin rekordu qırılacaq – red.). Bu, “MY” fanatı üçün çox kədərlidir.
Ona görə də xahiş edirəm, “Liverpul” növbəti matçı keçirəndə elə edin ki, komandanız uduzsun. Siz sadəcə, digər komandanın qol vurmasına imkan verməlisiniz. Ümid edirəm ki, sizi İngiltərə Premyer Liqasında növbəti oyunda qalib gəlməməyə inandıra bildim”.
Yurgen Klopp azarkeşin bu məktubuna biganə qalmayıb və ona cavab yazıb. Kloppun məktubunda isə deyilir:
“Əziz Daraq!
Əvvəlcə məktuba görə sənə təşəkkür edirəm. Başa düşürəm ki, məktubu mənə uğur qazanmağımız üçün yazmamısan. Amma istənilən halda yeniyetmə azarkeşlərin məktubunu oxumaq həmişə xoşdur.
Təəssüf ki, indiki halda sənin xahişini, ən azı öz istəyimlə yerinə yetirə bilməyəcəyəm. Sən bizim uduzmağımızı nə qədər çox istəsən də, mənim vəzifəm “Liverpul”un qalib gəlməsinə kömək etməkdir. Çünki dünyada milyonlarla insan bizdən bunu gözləyir. Ona görə də həqiqətən onların bizə inamını sarsıtmaq istəmirəm.
Sənin üçün xoşbəxtlikdən biz əvvəlki oyunlarda uduzmuşuq, gələcəkdə də məğlub olacağıq. Çünki bu, futboldur. Problem odur ki, 10 yaşın olanda sən düşünürsən ki, gələcəkdə də hər şey indiki kimi qalacaq. Amma 52 yaşlı biri kimi sənə deyə bilərəm ki, bu, belə deyil.
Sənin məktubunu oxuyarkən əminliklə bir şeyi söyləyə bilərəm ki, futbola və “Mançester Yunayted”ə sevgin heç vaxt azalmayacaq. “Mançester Yuneyted”in bəxti gətirib ki, sənin kimi fanatı var.
Mən ümid edirəm ki, “Liverpul” daha çox oyun udsa və yeni titul qazansa, bundan çox məyus olmayacaqsan. Düzdür, bizim klublar rəqib olsa da, qarşılıqlı hörmətimiz var. Mənim üçün futbol məhz budur.
Özünü qoru və uğurlar!”
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi