Portuqaliya futbolunda qalmaqal baş verib.
Qol.az xəbər verir ki, buna 21-ci turun dünən keçirilən “Qimaraynş” – “Portu” matçındakı (1:2) iqrçi hadisələr səbəb olub. Oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Serjio Konseysau bildirib ki, futbolçusu Mussa Mareqa iqrçi təhqirlərə məruz qalıb. Onun sözlərinə görə, stadionda hələ matçöncəsi yüngül məşq zamanı yerli fanatlat sabiq futbolçuları olan Mareqanı təhqir ediblər.
Xarici jurnalistlər bildirir ki, buna bir əsas olmayıb. Çünki malili futbolçu bu klubda bir il icarə qaydasında çıxış edib, 13 qol vurub və komandanın Avropa Liqasına vəsiqə qazanmasına kömək edib.
“Qimaraynş”ın baş məşqçisi İvo Vieyra isə deyib ki, Mareqanın ünvanına təhqir deyil, sadəcə fit səsləri eşidib. Amma görüntülərdən də aydın olur ki, futbolçu iqrçiliyə məruz qalıb. 61-ci dəqiqədə o, “Portu”nun qələbəsi ilə nəticələnən ikinci qolu vurub və təhqirlərə dərisinin rənginə işarə jesti ilə cavab verib.
Bundan sonra tribunada durum daha da gərginləşib. Yerli fanatlar meymun qışqırığını imitasiya edən hərəkətlər ediblər, bəziləri isə oturacaqları sındıraraq meydana atıblar.
Futbolçu baş verənləri hakimin diqqətinə çatdırmaq istəyəndə isə sarı vərəqə alıb. Həmin an o, əsəblərinə hakim ola bilməyərək məşqçidən əvəzlənməsini istəyib. “Portu”lu və “Qimaraynş”lı oyunçular Mareqadan meydanda qalmasını istəyiblər. Sırf buna görə matç bir neçə dəqiqə dayanəb. Amma futbolçu fikrindən dönməyərək meydanı tərk edib və paltardəyişmə otağına yollanıb.
Matçdan sonra Mareqa İnstaqram hesabında yazıb: “Stadiona gəlib irqçi təhqirlər səsləndirən bütün axmaqlara demək istəyirəm ki, gedin... Və hakimə “təşəkkür” edirəm ki, öz dərimin rəngini müdafiə etdiyim üçün mənə sarı vərəqə göstərdi. Ümid edirəm ki, onları bir daha meydanda görməyəcəyik. Siz futbol adına rəzalətsiniz”.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər
Şahruddindən tənqidlərə - Cavab
DÇ-2026-nın 39 iştirakçısı məlumdur
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir