 
                    
                "Keşlə"nin kapitanı Slavik Alxasov Azərbaycan Premyer Liqasının 16-cı turunda "Səbail"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnastərin suallarını cavablandırıb. 27 yaşlı müdafiəçi əvvəlcə oyun haqqında danışıb:
- Oyunumuz alınmadı. Biz qarşılaşmaya belə hazırlaşmamışdıq. Futboldur. Çalışacağıq ki, növbəti matçda qələbə qazanaq.
- "Səbail" buna kimi sonuncu pillədə idi. Bəlkə, bu amil sizi arxayınlaşdırmışdı, rəqibə yuxarıdan aşağı baxırdınız?
- Xeyr, arxayınlıq yox idi. Biz "Qəbələ" ilə oyuna necə hazırlaşmışdıqsa, bu görüşə də elə hazırlaşmışdıq. Sadəcə oyunumuz Qəbələdəki kimi getmədi. Yəni, istədiyimiz hücumları qura bilmədik. Həm də birinci hissədə bir az bəxtimiz də gətirmədi. İkinci hissədə isə "Səbail" bizdən üstün oynadı. Ona görə də öz qolunu vurdu. Biz bundan dərs çıxarmalıyıq.
- Bu nəticədən sonra "Neftçi" "Qarabağ"dan xal alarsa, sizi turnir cədvəlində qabaqlayacaq. Demək olar ki, komanda olaraq "Qarabağ"a azarkeşlik edəcəksiniz?
- Mənim üçün kimin qalib gələcəyinin fərqi yoxdur. Əsas olan bizim oyunlarımızdır. Orada "Neftçi" uddu ya "Qarabağ", fərqi yoxdur. Növbəti qarşılaşmalarımıza köklənib, xal qazanmalıyıq ki, Avroliqaya vəsiqə əldə edək.
- Yeni transferlər bir kapitan kimi sizi qane edir?
- Onların ikinci oyunudur. Bəlkə də hələ açılmayıblar. Bəlkə də şans qazanırlar. Məncə, gələcəkdə bizə köməkləri dəyəcək.
- Yeni transferiniz Şohruh Qadoyev bu gün fərqləndi. Amma hakim qolu qeydə almadı. Bununla bağlı nə düşünürsünüz?
- Açığı, mən bir az uzaqda idim, həmin epizodu görmədim. Qadoyevdən soruşdum, dedi ki, top çiynimə dəymişdi. Hakim isə əllə toxunuş kimi qəbul etdi. Amma təmiz qol idi, qeydə ala bilərdi. Epizodun təkrarına baxandan sonra dəqiq məlum olacaq.
Azərbaycan komandası Aktauda birinci yeri tutdu
“Seltik” Robertson üçün hərəkətə keçdi
Uzunmüddətli zədədən sonra məşqlərə qayıtdı
“Bavariya” “Milan”ın 33 illik rekordunu geridə qoydu
Azərbaycanın paragüllə atıcısı dünya kubokunda üçüncü oldu
“Yuventus”un hücumçusu Premyer Liqa klublarının hədəfində
“Liverpul”un uzunmüddətli müqavilə planı
Ərdoğan o hakimlər haqda istintaqdan danışdı
Vlahoviç: “Özümü komandanın lideri kimi hiss etmirəm”
Serbiya millisində yeni baş məşqçi
“Barselona” Osimhenlə maraqlanır
U-17 millimiz Moldova ilə heç-heçə etdi
Amorim, Arteta, Emeri, İraola
"Liverpul"dan daha bir antirekord
Arzusu gerçəkləşdi - Şəkillər
AFFA 9 komandaya texniki məğlubiyyət verdi
PSJ-nin futbolçusu sıradan çıxdı
Futbolumuzun yeni qoleadoru?..
"Kəpəz"ə 10 min cərimə, futbolçusuna 4 oyunluq cəza
İngiltərə futbolunda yeni rekord
Eks "Qarabağ"lı istefa verdi
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
2-ci liqada 18 oyunun vaxtı açıqlandı
"Yuventus"un qələbəsiz oyunlar seriyası bitdi - Video
“Sumqayıt” 50-yə çatdı
"Kəpəz"in Azərbaycan kubokunda yubiley qolu
Slot uğursuzluqlarından danışdı
“Liverpul”dan biabırçı göstərici