"Çempionat oyunlarımıza az azarkeş gəlməsinin çox səbəbi var. Bunun bir səbəbi olsaydı, aradan qaldırmaq və fanatları stadionlara cəlb etmək asan olardı".
Bu fikirləri AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan Premyer Liqasının oyunlarına az azarkeşin gəlməsinə münasibət bildirərkən deyib.
54 yaşlı mütəxəssis bildirib ki, bu işdə mətbuatın da əməyi böyük olmalıdır: "Klublardakı vəziyyət, yaxşı futbolun və nəticənin olmaması bunun səbəblərindən biridir. "Qarabağ"ın avrokubok oyunlarında stadionlar dolu olur. Amma çempionat matçlarına demək olar ki, heç kim gəlmir. Bu isə o deməkdir ki, Azərbaycanda futbola iki şeyə görə gedirlər. Bir komandanın uğuruna görə və ya hansısa tanınmış futbolçuya görə. Komandalarda yüksək səviyyəli oyunçular olmalıdır. İtaliya yığması Bakıya gələndə ulduz futbolçulara görə stadiona gələnlər var idi. Burada qadınlar, uşaqlar və yaşlılar da var idi. Onlar oyunun nəticəsinə görə yox, məşhur oyunçuları görmək üçün gəlirdilər".
Diniyev klubların da təşkilatçılıq tərəfindən aktiv olmalarının gərəkliyini söyləyib: "Onlar hansısa yollarla azarkeş cəlb etməlidirlər. Azarkeşi hansısa yolla stadiona gətirirsən, sonra öyrəşir. SSRİ vaxtı lotereya oynanılırdı. Demirəm ki, bunu etsinlər. 3 min azarkeş gəlirdi, onun 2500-ü lotereya udmaq üçün gəlirdi. Lotereya olmasa, növbəti oyuna 500 nəfər qalırdı. Bunun bir sıra növləri var. Bununla marketinq şöbələri işləməlidir və daha aktiv olmalıdırlar. Azarkeş həm də kiməsə görə oyuna gəlir. Etiraf edək ki, bizim futbolçuların oyunu cəlbedici səviyyədə deyil. Nə beynəlxalq səviyyədə, nə də daxili marafonda. Çempionatdakı matçlarda da intiriqa yarada bilmirik. Hər şeyin başında gözəl futbol və yaxşı nəticələr durur. Onunla da azarkeş cəlb eləmək olar. Klubların marketinq şöbələri azarkeş cəlb etmək üçün zəif işləyir. Ən kökündə isə yaxşı futbol və nəticə dayanır".
Sabiq baş məşqçi AFFA-nın azarkeşlərin stadionlara gəlişi üçün hər bir addımı atdığını vurğulayıb: "Bunu beynəlxalq oyunlarda da görürük. Avropada "Qarabağ"dan başqa bir komanda yoxdur ki, azarkeş onun arxasında dursun. Klublar müstəqildir, bu, federasiyanın işi deyil. Təşkilatçılıq və marketinqlə yaxşı məşğul olmaq lazımdır. Nəticə yaxşı olmasa belə bəzi şeylərlə azarkeş cəlb etmək olar. Amma hamı gözəl oyuna baxmaq istəyir" ("Report").
"Roma" onu əsas namizəd kimi görür
Yunanovdan növbəti poker, "Şəfa"dan darmadağın - Video
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
"Barselona" Fliklə yeni müqavilə imzaladı - Rəsmi
"Şahdağ Qusar" belə çempion oldu - Video
"İnter" "Barselona"nın futbolçusunu hədəflədi
"Şahdağ Qusar" 2-ci liqanın çempionu oldu
"Mançester Yunayted" və "Yuventus" onunla maraqlanır
De Brüyne seçim arasındadır
Avropada mövsümün rəmzi komandası
Fransa millisinin "Dördlər finalı" üçün heyəti
Misli Premyer Liqasında mövsümün son turunun hakimləri
Qurban Qurbanov “Barselona”nın düşərgəsində!
Ronaldo: "Daha 10 il futbol oynayacağam"
Azərbaycan - Macarıstan matçının hakimləri açıqlandı
18 ildir oynadığı "Real"dan ayrılır
Bilbaodakı ingilis finalını hansı kanallar yayımlayacaq?
Azərbaycanda oynayan Ronaldo milliyə çağırıldı
1-ci liqa klubunun baş məşqçisinə sərt cəza
AFFA "Zirə" və "Şamaxı"nı cərimələdi
Amorim: "Avroliqanın finalı mənim üçün vacib deyil"
Kontenin əvəzinə Alleqri
Bakıdan Qlobal Arenaya: Rəsmi FIFA agenti Emil Əsədov futbol agentliyinin rolunu necə dəyişir?
Qvardiolanı ağlatdı - Şəkillər
Azərbaycandan Qazaxıstan millisinə
Ronaldo Almaniya ilə oyun üçün milliyə çağırıldı
"Mançester Siti"dən De Brüyneyə jest - Şəkil
Ronaldonun 40 yox, 28 yaşı var imiş
"Lerik" qalib gəldi, "Füzuli" 2-ci liqanı tərk etdi - Video