Sergen Yalçın rəsmən "Beşiktaş"da

Sergen Yalçın rəsmən "Beşiktaş"da
XƏBƏR 29 Yanvar 2020 / 18:05 2424
-  A +

Sergen Yalçının "Beşiktaş"a baş məşqçi təyin olunması rəsmiləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Komanda yeni çalışdırıcının rəhbərliyi altında bu gün ilk məşqinə çıxıb.

Sergen Yalçın həm futbolçu həm də məşqçilik karyerasına İstanbul təmsilçisində başlayıb. Onun çalışdırdığı son komanda  "Malatyaspor" olub.

Qeyd edək ki, S.Yalçın bir neçə gün öncə istefaya göndərilən Abdullah Avcının yerinə təyin olunub.


Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi