Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah toplanış çərçivəsində ilk oyununu keçirəcək.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yoxlama görüşündə Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Budapeşt təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Komandalar ötən qışda da yoxlama oyununda üz-üzə gəlib. Antalyada keçirilən həmin matçda “qırmızı-qaralar” 3:2 hesablı qələbə qazanıblar. “Qəbələ”nin qollarına Cavid Hüseynov, Lalavele Atakora və Sabien Lilay imza atıb. Rəqiblər UEFA Avropa Liqasının 2016-2017-ci illər mövsümündə II təsnifat mərhələsində də qarşılaşıb. Hər iki görüşdə qalib gələn “qırmızı-qaralar” mərhələ adlayıb - 2:1, 2:0.
132 yaşı olan Budapeşt təmsilçisinin əsası 1888-ci ildə qoyulub. Paytaxt klubu 23 dəfə Macarıstan çempionu olub, 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. MTK 1963-1964-cü illər mövsümünün UEFA Kuboklar Kubokunun finalçısı olub. Ötən mövsümü uğursuz keçirən komanda yüksək dəstədə 11-ci yeri tutaraq 2-ci liqaya yuvarlanıb. Cari çempionatın 20 matçında 46 xal toplayan MTK qış fasiləsinə yarışın lideri kimi yollanıb.
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov