Ramos penalti vurarkən zədələndi

Ramos penalti vurarkən zədələndi
XƏBƏR 13 Yanvar 2020 / 16:49 3151
-  A +

“Real”ın kapitanı Serxio Ramos zədələnib.

Qol.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ötən gün İspaniya superkubokunun finalında “Atletiko”ya qalib gəldikləri matçda (4:1- penaltilər seriyasında) penalti zərbəsini yerinə yetirərkən zədələnib. Onun zərbəsi oyunda həlledici olsa da, ayaq biləyinin zədələnməsinə səbəb olub. Futbolçunun 2 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

S.Ramosun La Liqanın 20-ci turunda “Sevilya”, 21-ci turunda isə “Valyadolid”lə matçı buracağı gözlənilir.

Qeyd edək ki, sözügedən oyunlar 18 və 26 yanvar tarixlərində keçiriləcək.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?